Bakı. Trend:
“Falcon 9” daşıyıcı raketi “Starlink” sisteminin qlobal internet şəbəkəsinin orbit qrupunu artırmaq üçün 28 mini-peyki orbitə çıxarıb.
Trend xəbər verir ki, bu barədə "SpaceX" məlumat yayıb.
Bu, ilin əvvəlindən “Starlink” aparatlarının 17-ci buraxılışıdır. Raket Floridadakı Kanaveral burnu kosmodromundan buraxılıb.
Qeyd edək ki, 2019-cu ilin may ayından etibarən “SpaceX” “Starlink” layihəsi çərçivəsində 11,2 mindən çox belə peyk orbitə göndərib. Onların bir hissəsi fəaliyyətini dayandırıb və ya orbitdən çıxıb, 9,7 mindən çox aparat isə hazırda işlək vəziyyətdədir.
Hazırda “Starlink” şəbəkəsi dünyanın 160 ölkə və ərazisini əhatə edir.
