...

Balakənin keçmiş icra başçısının həbs müddəti uzadılıb

Cəmiyyət Materials 23 Fevral 2026 10:25 (UTC +04:00)
Balakənin keçmiş icra başçısının həbs müddəti uzadılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan sabiq icra başçısı İslam Rzayevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Trend xəbər verir ki, Səbail rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb.

Qeyd edək ki, 2025-ci ilin oktyabın 30-da Dövlət Təhlükəsizliyi Xidməti Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayev saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 179.3.2 (Külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrarən rüşvət alma) maddələri üzrə ittiham elan olunub.

Daha sonra o, Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti