...

Balakənin keçmiş icra başçısı həbs edildi

Hadisə Materials 31 Oktyabr 2025 19:00 (UTC +04:00)
Balakənin keçmiş icra başçısı həbs edildi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Balakən Rayon İcra Hakimiyyətinin keçmiş başçısı İslam Rzayev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Trend xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsi qərar verib.

Ona Cinayət Məcəlləsinin 179.3.2 (Külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrarən rüşvət alma) maddələri üzrə ittiham elan olunub.

Qeyd edək ki, ötən gün Dövlət Təhlükəsizliyi Xidməti Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayev saxlanılıb. Daha sonra o, Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti