Bakı. Trend:
Nepalın mərkəzi bölgəsində sərnişin avtobusunun yoldan çıxaraq çaya yuvarlanması nəticəsində azı 18 nəfər həlak olub.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, avtobus Pokhara əyalətindən Katmandu istiqamətində hərəkət edib. Avtobusun hansı səbəbdən qəza etməsi araşdırılır.
Hadisə anında avtobusda 35-dən çox sərnişin olub. Xilas edilən 25 nəfər yaralı vəziyyətdə yaxınlıqdakı xəstəxanaya çatdırılıb.
