...

Bu səlahiyyət Nazirlər Kabinetindən alınacaq

Cəmiyyət Materials 23 Fevral 2026 11:14 (UTC +04:00)
Bu səlahiyyət Nazirlər Kabinetindən alınacaq
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Silahların və strateji materialların ixracı üzərində nəzarət səlahiyyəti Nazirlər Kabinetindən alınacaq.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirə olunan “Müdafiə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Belə ki, hazırda qüvvədə olan qanunvericiliyə görə, Nazirlər Kabineti silahların və strateji materialların ixracı üzərində nəzarəti təşkil edir.

Qanun layihəsində bu səlahiyyətin Nazirlər Kabinetindən alınması təklif edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti