...

Misir giriş vizalarının rüsumunu artırır

Dünya xəbərləri Materials 23 Fevral 2026 07:25 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Misir gələn aydan etibarən giriş vizalarının rüsumunu artıracaq.

Trend xəbər verir ki, bu barədə “Cairo 24” nəşri məlumat yayıb.

Hesabatda bildirilir ki, Səyahət Şirkətləri və Agentlikləri Palatası Misirə giriş məntəqələrində vizaların rüsumunun artırıldığını elan edib.

Dəyişiklik tək girişli vizalara aiddir. Martın 1-dən etibarən bu viza üçün rüsum əvvəlki 25 dollar əvəzinə 30 dollar olacaq. Çox girişli vizanın qiyməti isə dəyişməz qalaraq 60 dollar təşkil edəcək.

Bununla yanaşı, Şarm əl-Şeyx hava limanına gələn və yalnız Sinay yarımadasında 15 gündən çox qalmayan turistlər üçün giriş pulsuz olaraq qalacaq.

Xəbər lenti

Xəbər lenti