...

Mingəçevirin bəzi ərazilərində işıq olmayacaq

Cəmiyyət Materials 23 Fevral 2026 08:05 (UTC +04:00)
Mingəçevirin bəzi ərazilərində işıq olmayacaq
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Fevralın 23-də Mingəçevir Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/6 kV-luq “Şəhər” yarımstansiyasından çıxan 6 kV-luq 25 saylı hava xətti üzrə ağac budanması və təmir işləri aparılacaq.

Trend xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək Aydın Məmmədov, Xətai, Sahil, Mehman Bəkirov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Təmir və ağac budanması işləri yekunlaşdıqdan sonra həmin küçələr daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Xəbər lenti

Xəbər lenti