...

Bakıda obyektdə partlayış oldu

Hadisə Materials 23 Fevral 2026 08:47 (UTC +04:00)
Bakıda obyektdə partlayış oldu
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakının Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən mağazada partlayışla müşahidə edilən yanğın hadisəsi barədə ilkin məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.

Xəbər lenti

Xəbər lenti