...

NATO “Dynamic Manta-2026” dəniz təlimlərinə başlayır

Dünya xəbərləri Materials 23 Fevral 2026 08:57 (UTC +04:00)
NATO “Dynamic Manta-2026” dəniz təlimlərinə başlayır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fevralın 23-dən martın 6-na qədər Şimali Atlantika Alyansına üzv ölkələrin bölmələri hər il keçirilən “Dynamic Manta-2026” dəniz təlimlərini icra edəcəklər.

Trend-in məlumatına görə, manevrlər Aralıq dənizinin mərkəzi hissəsində, İtaliyanın ərazi sularında keçiriləcək.

Təlimlər çərçivəsində sualtı qayıqlara qarşı müdafiə tapşırıqları yerinə yetiriləcək. Xüsusilə sualtı qayıqların aşkar edilməsi və izlənilməsi üzrə taktiki manevrlər icra olunacaq.

Bundan əlavə, təlimlər aviasiya və dəniz qüvvələrinin fəaliyyətlərinin koordinasiyasını, kəşfiyyat məlumatlarının mübadiləsini, eləcə də dərin sularda və sahilyanı əməliyyatlar şəraitində birgə planlaşdırmanı əhatə edir.

Qeyd edək ki, bu cür tədbirlər hər il NATO-nun sualtı müharibə üzrə əsas çoxmillətli təlimlərindən biri kimi təşkil olunur.

Xəbər lenti

Xəbər lenti