Bakı. Trend:
Fransanın "Paris" klubu baş məşqçisi Stefan Jiyi ilə yollarını rəsmi şəkildə ayırdığını açıqlayıb. 51 yaşlı mütəxssis 2023-cü ilin yayından bəri komandaya rəhbərlik edirdi.
Trend xəbər verir ki, Jiyinin rəhbərliyi altında paytaxt təmsilçisi Liqa 1-ə yüksələ bilmişdi.
Lakin cari mövsümdəki zəif çıxış rəhbərliyin qərarına təsir edib. Belə ki, Fransa çempionatında keçirilən 23 turdan sonra 23 xal toplayan “Paris” turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
Qeyd olunur ki, Stefan Jiyi baş məşqçi kimi ilk təcrübəsini yaşayırdı. O, əvvəllər Mərakeş və Bosniya və Herseqovina milli komandalarında, həmçinin Soşo və Qrenobl klublarında köməkçi məşqçi vəzifəsində çalışıb.
