Bakı. Trend:
Bu ilin əvvəli Pakistanda “Asan xidmət” fəaliyyətinin açılışını etdik. Növbəti ölkə olaraq Ruanda ilə danışıqlar aparılır.
Trend xəbər verir ki, bu fikirləri bu gün Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə və “ASAN müraciət” informasiya sisteminin fəaliyyətinin illik nəticələrinə dair tədbirdə jurnalistlərə açıqlamasında bildirib.
Agentlik sədri qeyd edib ki, artıq Uqanda və Efiopiyada “Asan xidmət” mərkəzləri fəaliyyət göstərir.
"Növbəti mərhələdə isə Ruanda da “Asan xidmət” mərkəzlərinin fəaliyyəti istiqamətində işlər görüləcək", – deyə Ülvi Mehdiyev əlavə edib.
