...

Ötən ay aylıq sosial müavinət və təqaüd alanların sayı məlum oldu

Cəmiyyət Materials 23 Fevral 2026 10:30 (UTC +04:00)
Ötən ay aylıq sosial müavinət və təqaüd alanların sayı məlum oldu
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin yanvar ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 882 167 nəfər olub.

Trend xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilir ki, onların 475 334 nəfərini aylıq sosial müavinət, 406 833 nəfərini isə təqaüd alanlar təşkil edib.

Qeyd edək ki, 2025-ci ilin dekabr ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 877,7 min nəfərdən çox olub.

Onların 471,1 min nəfərdən çoxunu aylıq sosial müavinət, 406,6 min nəfərdən çoxunu isə təqaüd alanlar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti