Bakı. Trend:
Xaçmaz Rayon Polis Şöbəsində Polis Akademiyasına qəbul olmaq istəyən abituriyentlər və onların valideynləri ilə maarifləndirici görüş keçirilib.
Trend xəbər verir ki, tədbirdə şöbənin rəisi, polis polkovniki Samir Məcidov iştirak edərək çıxışında polis peşəsinin cəmiyyət üçün əhəmiyyətindən danışıb, bu şərəfli yolu seçmək istəyən gənclərə tövsiyələrini verib.
Görüşdə həmçinin son illərdə Polis Akademiyasını bitirərək hazırda Xaçmaz RPŞ-də xidmət edən əməkdaşlar da iştirak ediblər. Onlar qəbul prosesindəki təcrübələrini bölüşüb, abituriyentləri maraqlandıran sualları cavablandırıblar və real xidmət nümunələri ilə gəncləri motivasiya ediblər.
Səmimi və interaktiv mühitdə keçən görüş gənclərin polis peşəsinə marağının daha da artmasına, valideynlərin isə övladlarının seçimləri ilə bağlı daha dolğun məlumat əldə etməsinə şərait yaradıb.
