Bakı. Trend:
ABŞ-nin Alyaska bölgəsində, Aleut adalarının sularında 6,3 bal gücündə zəlzələ baş verib.
Trend xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Tədqiqatlar Mərkəzi (USGS) məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Nikolski qəsəbəsinin təxminən 93 kilometr cənub qərbində olub. Həmin qəsəbə ucqar ərazi sayıldığından hələlik zərərçəkənlər və ya dağıntılar barədə məlumat yoxdur.
Zəlzələdən sonra bir neçə yeraltı təkanlar qeydə alınıb. Zəlzələnin hiposentri (yeraltı ocağı) 19,9 kilometr dərinlikdə olub.
Səlahiyyətli qurumlar zəlzələdən sonra sunami xəbərdarlığının elan edilmədiyini təsdiqləyiblər.
