...

Prezident İlham Əliyev Yaponiyanın İmperatoruna təbrik məktubu ünvanlayıb

Siyasət Materials 23 Fevral 2026 11:16 (UTC +04:00)
Prezident İlham Əliyev Yaponiyanın İmperatoruna təbrik məktubu ünvanlayıb
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yaponiyanın İmperatoru Əlahəzrət Naruhitona təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Əlahəzrət,

Yaponiyanın milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali fəaliyyətinizdə müvəffəqiyyətlər, dost Yaponiya xalqına daim firavanlıq və rifah diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti