...

Ötən il “Asan müraciət” sisteminə daxil olan müraciətlərə reaksiya 80% artıb

Cəmiyyət Materials 23 Fevral 2026 11:29 (UTC +04:00)
Ötən il “Asan müraciət” sisteminə daxil olan müraciətlərə reaksiya 80% artıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

2025-ci ildə “Asan müraciət” sisteminə gələn müraciətlərə reaksiya 80%dək artıb.

Trend xəbər verir ki, bu fikirləri bu gün Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə və “ASAN müraciət” informasiya sisteminin fəaliyyətinin illik nəticələrinə dair tədbirdə deyib.

Agentlik sədri vurğulayıb ki, “Asan müraciət” informasiya sistemi 2020-ci ildə Prezident İlham Əliyevin Fərmanı ilə yaradılıb.

"Bu sistem infrastruktur problemləri yaranarkən dövlət qurumlarına operativ məlumat məqsədilə yaradılıb. İndiyədək 99 qurum "ASAN müraciət" informasiya sisteminə inteqrasiya olunub", - deyə Ü.Mehdiyev əlavə edib.

O əlavə edilib ki, ötən il “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə vasitəsilə 511 xidmət qiymətləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti