Bakı. Trend:
Tailand Vaşinqtonun ölkənin mallarına tətbiq etdiyi idxal rüsumları məsələsi ilə bağlı ABŞ ilə danışıqları davam etdirəcək.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Tailandın baş nazirinin müavini və maliyyə naziri Ekniti Nitithanpraphat bildirib ki, qısa müddətli perspektivdə idxal rüsumlarının 19 faizdən 15 faizə endirilməsi bazar üçün müsbət stimuldur.
Bununla belə, o, krallığın Ticarət Nazirliyinə Tailandın maraqlarının qorunması və uzunmüddətli perspektivdə digər tarif tədbirlərinə hazırlıq məqsədilə ABŞ-nin Ticarət Nümayəndəliyi İdarəsi ilə danışıqları davam etdirməyi tapşırıb.
ABŞ prezidenti Donald Tramp 2025-ci ilin aprel ayında 185 ölkə və ərazidən idxal olunan məhsullara gömrük rüsumlarının tətbiq ediləcəyini elan edib. Cənub-Şərqi Asiya ölkələri ən yüksək tariflərin tətbiq olunduğu qrupa daxil olub, o cümlədən Laos (48 faiz), Vyetnam (46 faiz), İndoneziya (32 faiz). Tailanda münasibətdə isə aprel ayından etibarən 36 faiz həcmində rüsumlar qüvvədə olub. Avqustun 1-dən etibarən onlar 19 faizə endirilib.
