...

Emi Karlon Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokununu izləyib

İdman Materials 23 Fevral 2026 15:27 (UTC +04:00)
Emi Karlon Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokununu izləyib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Həftəsonu Müvəqqəti işlər vəkili Emi Karlon Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda dünyanın ən istedadlı gənc gimnastlarının möhtəşəm çıxışlarını izləyib.

Trend xəbər verir ki, bu barədə Amerikanın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

Səfirlik adından bütün iştirakçıları, o cümlədən Azərbaycandan altı, ABŞ komandasından isə üç medal qazanan idmançını səmimi qəlbdən təbrik edirik. Azərbaycan kimi, Amerika Birləşmiş Ştatları da beynəlxalq idman tədbirlərinə, o cümlədən gimnastika yarışlarına ev sahibliyi etməklə qürur duyur.

Martın 7-də Nevada ştatının Las Veqas şəhəri 2026-cı il üzrə Bədii Gimnastika üzrə Amerika Kubokuna ev sahibliyi edəcək. Bu yarış ilk dəfə olaraq qarışıq komanda (kişilər və qadınlar) formatında təşkil olunacaq və 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarında baş tutacaq ilk qarışıq komandalı gimnastika yarışına sınaq xarakteri daşıyacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti