...

Qaradağ icra başçısının sabiq müavininin həbs müddəti uzadıldı

Cəmiyyət Materials 23 Fevral 2026 17:42 (UTC +04:00)
Qaradağ icra başçısının sabiq müavininin həbs müddəti uzadıldı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı saxlanılan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov və Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov həbs müddəti uzadılıb.

Trend xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində təqdimata baxılıb.

Məhkəmə hər iki şəxsin həbs müddətinin mayın 30-dək uzadılması barədə qərar verib.

Qeyd edək ki, Nadir Muradov və Zülfüqar Mansurovla yanaşı, rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev də saxlanılıb. Məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib. 21 fevralda həbs müddəti uzadılıb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma — qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 311.3.2-ci (rüşvət alma — təkrar törədildikdə) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti