Bakı. Trend:
Avropa İttifaqı Rusiyanın səkkiz güc strukturu əməkdaşına, eləcə də məhkəmə və penitensiar sistem işçilərinə qarşı sanksiyalar tətbiq edib.
Trend xarici KİV-ə istiandən xəbər verir ki, bu barədə “Avropa İttifaqının rəsmi jurnalı”nda dərc olunmuş bəyanatda bildirilir.
"Qara siyahı"ya iki hakim, bir prokuror, bir müstəntiq və dörd cəzaçəkmə müəssisəsi və istintaq təcridxanası rəhbəri daxil edilib.
Brüsselin iddiasına görə sanksiyalar “insan hüquqlarının pozulması ilə bağlı siyahı" çərçivəsində tətbiq olunub və hələ razılaşdırılmamış 20-ci sanksiyalar paketi ilə əlaqəli deyil.
Məhdudiyyətlər həmin şəxslərin Aİ ərazisinə girişinə qadağa qoyulmasını və Avropadakı maliyyə vəsaitlərinin dondurulmasını nəzərdə tutur
