Bakı. Trend:
Fevralın 23-də Rob Yetten Niderland tarixinin ən gənc baş naziri kimi vəzifələrinin icrasına başlayıb. Kral Vilyem-Aleksandrın yeni hökumətin tərkibini təsdiqləməsindən sonra nazirlərin andiçmə mərasimi keçirilib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
38 yaşlı Yetten ötən ilin oktyabrında diqqətlə hazırlanmış və optimist seçki kampaniyası sayəsində mütərəqqi, Avropa yönümlü “D66” partiyasını gözlənilməz qələbəyə aparmış, əvvəlki hökumətdən fərqli siyasət yürüdəcəyinə söz vermişdi.
Onun sağçı-mərkəzçi koalisiyası Niderland parlamentinin həm aşağı, həm də yuxarı palatalarında çoxluğa malik deyil və irəli sürüləcək bütün təşəbbüslər üçün müxalifətin dəstəyinə ehtiyac duyacaq.
Mühafizəkar xristian-demokratlar və sağ-yönümlü VVD partiyasının koalisiyası olan “D66” avrozonanın iqtisadi baxımdan beşinci ən böyük dövlətində nadir siyasi təcrübə hesab olunur. Ölkə ənənəvi olaraq geniş hökumət razılaşmalarına əsaslanan çoxluq koalisiyaları tərəfindən idarə olunub.
Lakin Niderlandın parçalanmış siyasi mənzərəsi şəraitində parlament çoxluğu əldə etmək getdikcə çətinləşir: seçicilərin üstünlükləri hər seçki dövründə dəyişir, mərkəzçi partiyalar isə davamlı şəkildə dəstək itirir.
