...

Superliqa klubları bugünkü matça itkilərlə çıxacaq

İdman Materials 23 Fevral 2026 18:44 (UTC +04:00)
Superliqa klubları bugünkü matça itkilərlə çıxacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Superliqasının 23-cü turu çərçivəsində "Fənərbaxça" doğma meydanda "Kasımpaşa"nı qəbul edəcək.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, matçın başlamasına bir neçə saat qalmış hər iki komandadan ciddi itki xəbərləri gəlib.

Belə ki, "Kasımpaşa"nın zədəli olan yarımmüdafiəçisi Kerem Demirbay və müdafiəçisi Rodriqo Bekao bu axşamkı görüşdə iştirak edə bilməyəcəklər.

"Fənərbaxça"nın heyətində isə zədələri davam edən Edson Alvares və Milan Şkriniar vacib matçda komandalarına kömək edə bilməyəcəklər.

Qeyd edək ki, "Fənərbaxça" - "Kasımpaşa" oyunu çempionluq yarışı baxımdan hər iki komanda üçün böyük əhəmiyyət kəsb edir. Matç Bakı vaxtı ilə 21:00-da acbaşlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti