...

"Sabah" ardıcıl 10 qələbə ilə rekorda imza atdı

İdman Materials 23 Fevral 2026 16:00 (UTC +04:00)
"Sabah" ardıcıl 10 qələbə ilə rekorda imza atdı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Sabah” Misli Premyer Liqasında ardıcıl 10-cu qələbəsini qazanıb.

Trend xəbər verir ki, Bakı klubu seriyasının yubiley həddinə XXI turda çatdırıb.

Paytaxt təmsilçisi evdə “Kəpəz”i 1:0 hesabı ilə məğlub edib. “Sabah” bunadək “İmişli”ni 3:0, “Neftçi”ni 2:0, “Turan Tovuz”u 3:1, “Qarabağ”ı 2:1, “Sumqayıt”ı 3:1, “Karvan-Yevlax”ı 4:1, “Zirə”ni 3:1, “Araz-Naxçıvan”ı 4:1, “Qəbələ”ni 1:0 hesabı ilə üstələyib.

Klub tarixində ilk dəfə belə seriyaya imza atan “Sabah” turnirin tarixində ən azı 10 qələbəni sıralayan 9-cu komandadır. Bunadək 8 klub 17 seriyaya imza atıb. Cari mövsüm qeydə alınan bu seriya isə 18-cidir.

“Neftçi” hamıdan çox – 6 dəfə ən azı 10 ardıcıl görüşdə qalib gəlib. “Qarabağ”ın 4, “Şəmkir”in 2 belə seriyası var. “Bakı”, “Kəpəz”, “Turan”, “Xəzər” (Sumqayıt) və “Xəzər Lənkəran” isə “Sabah” kimi bir dəfə ardıcıl qələbə seriyasını ikirəqəmli ədədə çatdırıb.

Qeyd edək ki, “Sabah” növbəti turda “Qarabağ”la qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti