...

Gürcüstanda xarici vətəndaşlar bu peşələrlə məşğul ola bilməyəcəklər

Dünya xəbərləri Materials 23 Fevral 2026 15:07 (UTC +04:00)
Gürcüstanda xarici vətəndaşlar bu peşələrlə məşğul ola bilməyəcəklər
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

1 mart 2026-cı ildən etibarən Gürcüstanda xarici vətəndaşlar taksi sürücüləri, kuryerlər və turist bələdçiləri peşələrində işləyə bilməyəcəklər.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, hökumətin bu barədə qərarını ölkənin baş naziri İrakli Kobaxidze imzalayıb, sənədin mətni isə Gürcüstanın “Qanunvericilik Bülleteni”ndə dərc olunub.

Baş nazirin sözlərinə görə, yeniliklər Gürcüstan vətəndaşlarının əmək hüquqlarının qorunmasına yönəlib və xarici vətəndaşların işə götürülməsinin məqsədəuyğunluğu aspektindən fəaliyyət sahələrinin təhlilinə əsaslanır. Baş nazir bildirib ki, Gürcüstanda hazırda 250 mindən çox miqrant əməklə məşğuldur.

“Bu, vətəndaşlarımızla əmək bazarında həddən artıq rəqabətin qarşısını almaq üçün vacibdir”, - deyə Kobaxidze vurğulayıb.

Dəyişiklər xarici vətəndaşlığı olan əmək miqrantlarına və müstəqil sahibkarlara şamil olunacaq, lakin qaçqınlar, sığınacaq axtaranlar, diplomatlar, akkreditə olunmuş jurnalistlər, investisiya əsasında yaşayış icazəsi olan şəxslər və beynəlxalq müqavilələrin təsirindən azad edilmiş şəxslərə aid olmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti