...

Türkiyədə 11 avtomobil toqquşub – çox sayda yaralı var

Dünya xəbərləri Materials 23 Fevral 2026 13:13 (UTC +04:00)
Türkiyədə 11 avtomobil toqquşub – çox sayda yaralı var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Ərzurum vilayətində avtomagistralda ağır yol hadisəsi baş verib. Əlverişsiz hava şəraitində 11 nəqliyyat vasitəsi bir-birinə toqquşub.

Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Məlumata görə, sürüşkən yolda təxminən 11 nəqliyyat vasitəsi, o cümlədən iri yük avtomobili və avbobus bir-birinə çırpılıb. Hadisə nəticəsində azı 20 nəfər yaralanıb. Zərərçəkənlər yaxınlıqdakı xəstəxanalara təxliyə olunublar.

İnsidentin duman və qarın yaratdığı məhdud görmə şəraiti ilə əlaqədar baş verdiyi bildirilir.

Ərzurum–Ərzincan avtomobil yolunun hər iki istiqamətdə hərəkətə bağlandığı qəza zamanı xilasedici qruplar nəqliyyat vasitəsində sıxışıb qalan avtobus sürücüsünü xilas etmək üçün səfərbər olunub. AFAD və yanğınsöndürmə briqadaları uzunmüddətli əməliyyatdan sonra sürücünü olduğu yerdən çıxararaq təcili yardım maşını ilə xəstəxanaya göndəriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti