...

UEFA "Benfika"nın şikayətini rədd etdi

İdman Materials 24 Fevral 2026 01:49 (UTC +04:00)
UEFA "Benfika"nın şikayətini rədd etdi

Bakı. Trend:

UEFA "Real"ın yarımmüdafiəçisi Federiko Valverde barədə “Benfika” ilə matçdakı insidentə görə sanksiya tətbiq etməyəcək.

Trend xəbər verir ki, Portuqaliya klubu Lissabonda keçirilən Çempionlar Liqasının 1/8 final play-off oyununda ispaniyalılara 0:1 hesabı ilə uduzub. Oyunun 82-ci dəqiqəsində Valverde rəqib müdafiəçisi Samuel Dala zərbə endirib. Dal başını tutaraq yerə düşüb. Uruqvaylı futbolçu oyunun baş hakimi François Letexier tərəfindən cəzalandırılmayıb.

“Benfika” UEFA-ya şikayət edərək Valverdenin bu epizodda qırmızı vərəqə almalı olduğunu bildirib. UEFA portuqaliyalıların şikayətini rədd edib. Beləliklə, Valverdenin hərəkətləri üzrə əlavə cəza tətbiq olunmayacaq.

Xəbər lenti

Xəbər lenti