...

Kəmaləddin Heydərovun iki müavini vəzifəsindən azad edildi - RƏSMİ

Cəmiyyət Materials 23 Fevral 2026 13:50 (UTC +04:00)
Kəmaləddin Heydərovun iki müavini vəzifəsindən azad edildi - RƏSMİ
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

General-leytenant Orucəli Hacıyev və general-leytenant Etibar Mirzəyev fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad ediliblər.

Trend xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında dərc edilib.

Belə ki, Orucəli Hacıyev və Etibar Mirzəyevin adları nazirliyin rəsmi internet səhifəsindəki rəhbərlik bölməsindən silinib.

Qeyd edək ki, hazırda Fövqəladə Hallar Nazirliyinin saytında general-leytenant Rəfail Mirzəyev 1-ci müavin, tibb xidməti general-leytenantı Faiq Tağızadə, Tapdıq Əmiraslanov və Adil Abdullayevin isə müavinlər olaraq göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti