...

Azərbaycanda informasiya və rabitə sektoruna investisiyalar iki dəfədən çox artıb

İqtisadiyyat Materials 23 Fevral 2026 16:30 (UTC +04:00)
Azərbaycanda informasiya və rabitə sektoruna investisiyalar iki dəfədən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanda informasiya və rabitə sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların dəyəri 74,3 milyon manat təşkil edib.

Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 2,3 dəfə çoxdur.

Sözügedən sahə üzrə əsas kapitala yönəldilmiş investisiyaların yekunda xüsusi çəkisi 5,3%-ə bərabər olub.

Qeyd edək ki, 2026-cı ilin yanvar ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1,406 milyard manat və ya 2025-ci ilin yanvar ayı ilə müqayisədə 75,6 faiz çox investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 78,3 faiz, qeyri neftqaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 73,9 faiz çox olub.

Ümumi sərmayənin 758,6 milyon manatı və ya 54,0 faizi məhsul istehsalı sahələrinin, 551,0 milyon manatı (39,2 faizi) xidmət sahələrinin, 96,3 milyon manatı (6,8 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşüb. Ümumi sərmayənin 17,2 faizi dövlət, 82,8 faizi qeyridövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Sərmayə qoyuluşunun 41,1 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın dəyəri ümumi sərmayənin 71,4 faizini təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti