Mingəçevir. Trend:
Mingəçevirdə bıçaqlanma hadisəsi qeydə alınıb.
Trend-in yerli bürosunun məlumatına görə, bu gün günorta saatlarında şəhər sakini, 26 yaşlı Emin Kərimov aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 23 yaşlı Təranə Kərimovaya yaşadıqları ünvanda kəsici alətlə xəsarətlər yetirib.
Qadın xəstəxanaya yerləşdirilib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Faktla bağlı istintaq araşdırmaları aparılır.
