Bakı.Trend:
Sumqayıt şəhərində partlamamış hərbi sursat aşkarlanıb.
Bu barədə Trend-ə Fövqəladə hallar Nazirliyindən məlumat verilib.
Bildirilir ki, top mərmisi şəhərin İnşaatçılar küçəsində tapılıb.
Sursat Xüsusi Riskli Xilasetmə Xidmətinin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Faktla bağlı araşdırma aparılır.
