...

"Beşiktaş"ın heyətində ciddi itki baş verib

İdman Materials 23 Fevral 2026 20:39 (UTC +04:00)
"Beşiktaş"ın heyətində ciddi itki baş verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki baş verib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Emirhan Topçu sıradan çıxıb.

Türkiyəli futbolçu Super Liqanın 23-cü turunun "Göztepe" ilə matçında ayaq əzələsindən zədələnib. 25 yaşlı mərkəz müdafiəçisinin 4-6 həftə yaşıl meydanlardan uzaq qalacağı ehtimal olunur.

Qeyd edək ki, "Beşiktaş" Emirhan Topçunu 2024-cü ilin yayında "Rizespor"dan 3,4 milyon avroya transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm "qara qartallar"ın heyətində meydana çıxdığı 24 rəsmi matçda 1 qol vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti