...

Mariya Stadnikə yeni vəzifə verildi

İdman Materials 23 Fevral 2026 17:15 (UTC +04:00)
Mariya Stadnikə yeni vəzifə verildi
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Qadın güləşində milli komandaların tərkibi yenidən formalaşıb. Mariya Stadnik U17 və U15 yaş qrupu üzrə milli komandanın böyük məşqçisi vəzifəsinə təyin edilib.

Trend xəbər verir ki,bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Bildirilir ki, məşqçilər heyətində Rövşən Umudov və Solmaz Adilova da yer alıb.

Qeyd edək ki, Toğrul Əsgərov əvvəlki kimi, böyüklər və U23 milli komandada, o cümlədən U20 yaş qrupu üzrə baş məşqçi əvəzi funksiyasını yerinə yetirəcək. Böyük məşqçi Ağahüseyn Mustafayevlə yanaşı, məşqçi Həsrət Məmmədyarov da bu komandanın məşqçilər heyətində yer alacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti