...

"Real"ın yarımmüdafiəçisi "Liverpul"a keçə bilər

İdman Materials 23 Fevral 2026 17:48 (UTC +04:00)
"Real"ın yarımmüdafiəçisi "Liverpul"a keçə bilər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Real"ın yarımmüdafiəçisi Eduardo Kamavinqa karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, "Liverpul" fransalı futbolçunu transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Premyer Liqa nəhəngi Kamavinqa üçün "Real"a 80 milyon avroluq təklif göndərəcək. "Kral klubu" 23 yaşlı orta xətt oyunçusunun gedişinə mane olmayacaq.

Qeyd edək ki, "Real" Eduardo Kamavinqanı 2021-ci ilin yayında "Renn"dən 31 milyon avroya transfer edib. Fransa millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 29 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti