...

Bakıda bu məktəb üçün yeni bina tikiləcək

İqtisadiyyat Materials 23 Fevral 2026 16:22 (UTC +04:00)
Bakıda bu məktəb üçün yeni bina tikiləcək
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Sabunçu rayonu 68 nömrəli tam orta məktəbin binası sökülərək yerində 528 şagird yerlik yeni bina tikiləcək.

Trend xəbər verir ki, tender "Təhsilin İnkişafı Fondu" publik hüquqi şəxs tərəfindən elan edilib.

Fond tərəfindən layihə çərçivəsində görüləcək işlər müqabilində 1 milyon 308 min 688,28 manat ödənilməsi nəzərdə tutulur.

Tender martın 12-si saat 12:00-dək qüvvədə olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti