...

Ötən həftə 1.616,5 hektar ərazi mina və PHS-lərdən təmizlənib

Cəmiyyət Materials 23 Fevral 2026 13:17 (UTC +04:00)
Ötən həftə 1.616,5 hektar ərazi mina və PHS-lərdən təmizlənib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Azad olunan ərazilərdə fevralın 16-dan 22-dək 28 tank əleyhinə mina, 175 piyada əleyhinə mina, 796 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Bildirilir ki, 1.616,5 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Qeyd edilir ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti