...

Meksikada qanlı iğtişaşlar – ölənlərin sayı 14-ə çatıb

Dünya xəbərləri Materials 23 Fevral 2026 15:02 (UTC +04:00)
Meksikada qanlı iğtişaşlar – ölənlərin sayı 14-ə çatıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Meksikada “Xaliskonun Yeni Nəsil Karteli”nin lideri Nemesio Oseqera Servantesin təhlükəsizlik qüvvələri tərəfindən öldürülməsindən sonra baş verən zorakılıq dalğasında ən azı 14 nəfər həyatını itirib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, qurbanlar arasında - Meksika Milli Qvardiyasının yeddi xidmətçisi yer alır. Ölüm faktları Xalisko, Miçoakan və Quanaxuato ştatlarında qeydə alınıb.

Meksika Müdafiə Nazirliyi əvvəlcə əməliyyatın Oseqeranı ələ keçirməyə yönəldiyini bildirmişdi, lakin əməliyyatın gedişində hərbçilərlə kartel üzvləri ilə atışma meydana gəlib. Yaralı Oseqera hava yolu ilə Mexikoya daşınmağa çalışılsa da, uçuş zamanı vəfat edib.

Kartel üzvləri cavab olaraq yolları bağlayıb və nəqliyyat vasitələrini yandırıblar. Meksikanın ikinci ən böyük şəhəri olan Qvadalaxara faktiki olaraq bloklanmış vəziyyətə düşüb.

Meksika Prezidenti Klaudi Şeynbaum vətəndaşlara sakit olmalarını çağırıb. Hakimiyyət orqanları bildirib ki, ölkənin 20 ştatında kartel üzvləri tərəfindən qoyulmuş 250-dən çox yol baryerinin əksəriyyəti aradan qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti