...

Havada maqnit qasırğası var

Cəmiyyət Materials 23 Fevral 2026 13:12 (UTC +04:00)
Havada maqnit qasırğası var
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

16-17 və 21-22 fevral tarixlərində zəif-orta geomaqnit qasırğası qeydə alınıb. Hazırda da G1 səviyyəli geomaqnit qasırğası var.

Trend xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Bildirilir ki, 23-28 fevral tarixlərində enerjisi 2 MeV-dən çox olan elektron selinin yenə də yüksək səviyyələrdə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir. Günəş küləyinin sürəti mənfi qütblü Tac Dəliyi Axınlarının təsiri ilə 23-24 fevralda ilə yenə də normadan yüksək olacaq. G1 səviyyəli geomaqnit qasırğasının bu gün və sabah davam edəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti