...

Roma Papası keşişləri süni intellektdən istifadə etməməyə çağırdı

Dünya xəbərləri Materials 23 Fevral 2026 17:28 (UTC +04:00)
Roma Papası keşişləri süni intellektdən istifadə etməməyə çağırdı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Roma Papası XIV Leo Roma yeparxiyasının keşişləri ilə qapalı görüşdə din xadimlərini moizələrin hazırlanması zamanı süni intellektə arxalanmamağa, duaya daha çox diqqət ayırmağa çağırıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Görüş 19 fevral tarixində Vatikanda keçirilib. Söhbətin qeyri-rəsmi hissəsində pontifik ruhanilərin nümayəndələrinin dörd sualını cavablandırıb.

Papa xüsusilə dua və moizələrin hazırlanması mövzusuna diqqət yetirib. Görüş iştirakçılarından birinin sözlərinə görə, XIV Leo din xadimlərini moizələrin yazılması üçün süni intellektdən qəti şəkildə istifadə etməməyə çağırıb. O vurğulayıb ki, keşişlər “Rəbb ilə daha tez-tez baş-başa qalmalı”, mənəvi həyatı yalnız qısa dualarla məhdudlaşdırmamalı, Tanrını dinləməyi öyrənməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti