...

Çexiyalı nazir yol qəzasına düşüb

Dünya xəbərləri Materials 23 Fevral 2026 16:05 (UTC +04:00)
Çexiyalı nazir yol qəzasına düşüb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çexiyanın mədəniyyət naziri Oto Klempirj Praqada avtomobil qəzasına düşüb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çexiya Mədəniyyət Nazirliyinin mətbuat katibi yerli mediaya açıqlama verib.

“Nazir Klempirj avtoqəzaya düşüb. Onun vəziyyəti yaxşı deyil. Hadisə yerinə təcili tibbi yardım çağırılıb, onlar naziri Mərkəzi Hərbi Hospitala təxliyə ediblər”, -deyə açıqlamada bildirilir.

Qəza bazar ertəsi səhər saatlarında baş verib. Nazirin üsusi siqnallarla təchiz olunmuş xidməti avtomobili digər minik avtomobili ilə toqquşub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti