...

Bu icra başçısına yeni müavin təyin edildi

Cəmiyyət Materials 23 Fevral 2026 14:58 (UTC +04:00)
Bu icra başçısına yeni müavin təyin edildi
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib.

Trend xəbər verir ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevin müvafiq əmri ilə Şahbazov Fuad Nəzər oğlu başçının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Fuad Şahbazov bundan əvvəl Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti