Bakı. Trend:
Hindistanın Carkhand ştatında tibbi təyyarə qəzaya uğrayıb.
Trend xəbər verir ki, bu barədə Hindistanın Mülki Aviasiya Baş İdarəsi (DGCA) məlumat yayıb.
"Beechcraft C90" tipli təyyarə Ranşi şəhərindən Nyu-Delhi istiqamətində uçurmuş. Uçuşdan təxminən 23 dəqiqə sonra ekipajla əlaqə kəsilib və təyyarə radarlardan itib.
Həlak olanlar və ya xəsarət alanlarla bağlı hələlik rəsmi məlumat verilməyib.