...

"Neftçi" 9 nömrəli formanı əbədiləşdirdi

İdman Materials 23 Fevral 2026 22:07 (UTC +04:00)
"Neftçi" 9 nömrəli formanı əbədiləşdirdi

Bakı. Trend:

"Neftçi" əfsanəvi futbolçu Anatoli Banişevskinin xatirəsini əbədiləşdirib.

Trend xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klubun yaydığı açıqlamada qeyd olunub:

"O, 16 il ərzində bu nömrəni şərəf və sədaqətlə geyindi. Bu formanı heç nəyə dəyişmədi. Bu nömrə altında saysız-hesabsız qələbə qolu vurdu, “Neftçi” adını yüksəklərə daşıdı. Bundan sonra da “Neftçi”nin 9 nömrəli forması əbədiyyətə qədər Anatoli Banişevskinin olacaq.

“Neftçi” Peşəkar Futbol Klubunun qərarı ilə, 2026/27 mövsümündən etibarən komandanın 9 nömrəli forması fevralın 23-də anadan olmasından 80 il ötən unudulmaz Anatoli Banişevskinin xatirəsinə əbədiləşdirilir.

Bu, fəaliyyətdə olduğu 89 il ərzində Azərbaycan futbolunu hər zaman irəli aparmış “Neftçi”yə, onun şanlı tarixinə, formasını geyinmiş yüzlərlə futbolçuya əfsanəvi Anatoli Banişevskinin simasında sərgilədiyimiz hörmətdir".

Xəbər lenti

Xəbər lenti