Bakı. Trend:
ABŞ dövlət katibi Marko Rubio fevralın 25-də Karib Hövzəsi Ölkələri Birliyinin Hökumət Başçıları Konfransının (CARICOM) 50-ci toplantısında iştirak etmək məqsədilə Sent-Kits və Nevisə səfər edəcək.
Trend xəbər verir ki, bununla bağlı ABŞ Dövlət Departamenti açıqlama yayıb.
Bildirilib ki, səfər çərçivəsində Marko Rubio Karib hövzəsi ölkələrinin rəhbərləri ilə regional təhlükəsizliyin daha da möhkəmləndirilməsi, qeyri-qanuni miqrasiya və qaçaqmalçılıqla mübarizədə əməkdaşlığın genişləndirilməsi, eləcə də regionda iqtisadi inkişafın sürətləndirilməsi, səhiyyə sahəsinin və enerji təhlükəsizliyinin təşviqi kimi əsas istiqamətləri müzakirə edəcək.