Bakı. Trend:
Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktay Azərbaycana gəlib.
Trend xəbər verir ki, Fuat Oktay bu barədə "X"dəki hesabında yazıb.
"Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komitəsinin sədri olaraq "10-cu Türkiyə - Azərbaycan - Gürcüstan Parlamentlərinin Xarici İşlər Komitələrinin Üçtərəfli Birgə Görüşü"ndə iştirak etmək və rəsmi danışıqlar aparmaq üçün Azərbaycandayıq", - TBMM rəsmisi bildirib.
