Bakı.Trend:
Dəmir yolu qatarlarına gediş kartının balansını rəqəmsal artırmaq mümkün olub.
Trend xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
Bildirilir ki, ADY-nin fiziki gediş kartlarının balansına www.ady.az saytı vasitəsilə də vəsait yükləmək mümkündür.
Bunun üçün saytda "Fiziki kartın balansının artırılması" bölməsinə keçid edərək kart üzərindəki 10 rəqəmi və məbləği qeyd edilməlidir.
