...

Türkiyədə FETÖ-nün “dəniz qüvvələri komandanı” tutulub

Dünya xəbərləri Materials 24 Fevral 2026 12:42 (UTC +04:00)
Türkiyədə FETÖ-nün “dəniz qüvvələri komandanı” tutulub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə silahlı terror təşkilatına üzv olmaq ittihamı ilə barəsində həbs qərarı çıxarılmış, FETÖ-nün qondarma Hərbi Dəniz Qüvvələri Komandanlığına cavabdeh olan Bedrettin Günebakmaz İstanbulda saxlanılıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, cinayət-axtarış tədbirləri nəticəsində təşkilatın Hərbi Dəniz Qüvvələri Komandanlığının məxfi strukturunda “rəhbər” statusunda olan Bedrettin Günəbakmazın şəhər ərazisində olduğu müəyyən edilib.

Aparılan texniki və fiziki izləmə nəticəsində Günebakmazın təşkilatın şifrəli rabitə proqramı ByLock-dan istifadə etdiyi, “Bank Asya”da hesab artımı olduğu, təşkilatın xaricdəki strukturunda qeydiyyatının mövcud olduğu və Gölcükdə hərbçilərlə maraqlanan kimya müəllimi olması barədə ifadələrin olduğu təsbit olunub.

Şübhəli şəxs qismində saxlanılan Günəbakmaz dindirilməsi üçün polis idarəsinə aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti