...

Nazirlər Kabineti Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu barədə qərar verib

İqtisadiyyat Materials 24 Fevral 2026 17:03 (UTC +04:00)
Nazirlər Kabineti Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu barədə qərar verib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Nazirlər Kabinetinin 10 aprel 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun vəsaitinin idarə olunması, uçotunun aparılması və istifadəsi Qaydaları"nda dəyişiklik edilib.

Trend xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı yeni qərar imzalayıb.

Qərara əsasən, "Büdcə sistemi haqqında" qanuna uyğun olaraq büdcə ili ərzində dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə, büdcə təşkilatlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə və dövlət büdcəsindən maliyyə yardımı alan digər hüquqi şəxslərə verilən büdcə ssudaları həmin şəxslər tərəfindən il ərzində qaytarıla bilmədikdə Maliyyə Nazirliyi verilən büdcə sudalarının bağlanılması (ödənilməsi) üçün Fondun vəsaitindən istifadə edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti