...

Astara gömrüyündə “kahı” yükündən 79 kiloqram narkotik vasitə çıxdı (FOTO)

Hadisə Materials 24 Fevral 2026 09:32 (UTC +04:00)
Astara gömrüyündə “kahı” yükündən 79 kiloqram narkotik vasitə çıxdı (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində növbəti dəfə xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Trend xəbər verirt ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilir ki, Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “kahı” yükü aparan nəqliyyat vasitəsinə kinoloji xidmət itinin tətbiqi ilə əsaslı gömrük yoxlaması həyata keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsindən "kahı" formasına salınaraq gömrük nəzarətindən gizlədilən, qablaşdırılmaları ilə birlikdə ümumi çəkisi 79 kiloqram 820 qram xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti