...

Sənaye parklarında rezidentlər ötən il 42 milyon manatdan artıq vəsaitə qənaət ediblər - Sədr

İqtisadiyyat Materials 24 Fevral 2026 11:11 (UTC +04:00)
Sənaye parklarında rezidentlər ötən il 42 milyon manatdan artıq vəsaitə qənaət ediblər - Sədr
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Sənaye zonalarında 2025-ci ildə 25 sahibkarlıq subyekti rezident, 4 sahibkar isə qeyri-rezident statusu alıb. 14 yeni müəssisə fəaliyyətə başlayıb.

Trend xəbər verir ki, bunu bu gün İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov rəhbərlik etdiyi qurumun ötən il üzrə fəaliyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında deyib.

"Bu müəssisələr tərəfindən 136 milyon manat investisiya yatırılıb və 1100 daimi iş yeri yaradılıb.

Həmçinin sənaye parklarında tətbiq edilən vergi və gömrük güzəştləri nəticəsində rezidentlər ötən il 42 milyon manatdan artıq vəsaitə qənaət ediblər.

İndiyədək rezidentlər tərəfindən qənaət olunmuş ümumi vəsaitin məbləği 547 milyon manatdan çoxdur", - sədr bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti