...

Qlobal Bakı Forumu dialoqun aparıcı beynəlxalq platformasına çevrilib (VİDEO)

Cəmiyyət Materials 24 Fevral 2026 17:30 (UTC +04:00)
Qlobal Bakı Forumu dialoqun aparıcı beynəlxalq platformasına çevrilib (VİDEO)
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
Bütün xəbərlər

Bakı. Trend:

Qlobal Bakı Forumu qlobal çağırışların müzakirəsi üçün ən yaxşı beyinləri bir araya gətirən aparıcı beynəlxalq dialoq platformasına çevrilib.

Trend xəbər verir ki, bunu BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali Nümayəndəsi Migel Anxel Moratinos martın 12–14-də keçiriləcək XIII Qlobal Bakı Forumu münasibətilə videomüraciətində bildirib.

“Beynəlxalq Nizami Gəncəvi Mərkəzi (NGIC) tərəfindən təşkil olunan Qlobal Bakı Forumu qlobal çağırışların müzakirəsi üçün ən yaxşı beyinləri bir araya gətirən ən nüfuzlu dünya platformalarından birinə çevrilib. Dərinləşən parçalanma ilə səciyyələnən dünyada bu rol getdikcə daha da önəmli olur. Dialoqa və sülhə sadiqliyinə görə NGIC-yə təşəkkürümü bildirirəm”, – deyə o qeyd edib.

Moratinos forumun problemlərin birgə həlli və fikir ayrılıqlarının aradan qaldırılması baxımından əhəmiyyətini vurğulayıb.

“Qlobal bölünmələrin daha da kəskinləşdiyi bir şəraitdə Bakıda keçiriləcək görüş düşünülmüş dialoq və kollektiv problemlərin həlli üçün dəyərli imkan yaradacaq. Sizinlə orada görüşməyi səbirsizliklə gözləyirəm”, – deyə o əlavə edib.

O, hər kəsi qarşıdan gələn XIII Qlobal Bakı Forumunda iştirak etməyə dəvət edib.

“BMT-nin Sivilizasiyalar Alyansı NGIC ilə tərəfdaşlığı ilə qürur duyur və sizi 12–14 mart 2026-cı il tarixlərində keçiriləcək XIII Qlobal Bakı Forumuna qoşulmağa çağırıram. Forumda keçid mərhələsində olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması yollarını müzakirə edəcəyik”, – deyə Moratinos bildirib.

Qeyd edək ki, 12–14 mart 2026-cı il tarixlərində “Keçid mərhələsində olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumunun keçirilməsi planlaşdırılır. 2013-cü ildə yaradılmış və Nizami Gəncəvi Beynəlxaq Mərkəzi tərəfindən təşkil olunan forum hazırda vəzifədə olan və sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatlar və alimlər üçün regional və qlobal siyasətin müzakirə edildiyi platforma rolunu oynayır.

Yeni forum regionda diplomatik fəallığın artdığı bir dövrə təsadüf edir və əsas diqqət geosiyasi keçid prosesləri və beynəlxalq təhlükəsizlik məsələlərinə yönələcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti